Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir
Hadisə
23 Sentyabr , 2017 06:25
Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.

23 yaşlı Şahbazov Fərid Vəlhəd oğlu hələlik adı açıqlanmayan tanışı tərəfindən bıçaqla vurulub. O, sol döş qəfəsi nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi