Bakıda gənc oğlan söyüş üstündə bıçaqlanıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda gənc oğlan söyüş üstündə bıçaqlanıb - FOTO - VİDEO - YENİLƏNİB Hadisə Müşfiqabad qəsəbəsində baş verib
Hadisə
1639
28 Aprel , 2017 12:48
Bakıda gənc oğlan söyüş üstündə bıçaqlanıb - FOTO - VİDEO - YENİLƏNİB

*** İlk xəbər 04:45-də dərc olunub. Video əlavə olunub

Bakı. 28 aprel. REPORT.AZ/ Bakının Qaradağ rayonunda əlbəyaxa dava zamanı gənc oğlan bıçaqlanıb.

“Report”un xəbərinə görə, Müşfiqabad qəsəbəsində 1993-cü il təvəllüdlü Mehralıyev Mohub Maarif oğlu tanışı ilə söyüş söydüyünə görə əlbəyaxa dava edib.

Dava zamanı M.Mehralıyev bıçaqlanıb. O, çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib. Həkimlər “Report”a yaralının vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi