Bakıda gənc oğlan sevdiyi qıza görə qolunu kəsərək intihara cəhd göstərib

Bakıda gənc oğlan sevdiyi qıza görə qolunu kəsərək intihara cəhd göstərib Çoxlu qan itirən şəxs xəstəxanaya yerləşdirilib
Hadisə
7 Oktyabr , 2017 08:25
Bakıda gənc oğlan sevdiyi qıza görə qolunu kəsərək intihara cəhd göstərib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakıda gənc oğlan sevdiyi qıza görə qolunu kəsərək intihara cəhd göstərib.

"Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, "Torqoviy" kimi tanınan ərazidə, yəni Nizami küçəsində 1996-ci il təvəllüdlü Ağayev Hacıbaba Əlibala oğlu işlədiyi obyektdə qolunu bir neçə yerdən kəsib. Çoxlu qan itirən şəxs xəstəxanaya yerləşdirilib. 

H. Ağayev Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına ilkin ifadəsində sevdiyi qızla ayrılığa dözməyərək intihara cəhd etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi