Bakıda gənc oğlan iki qonşunu bıçaqlayıb

Bakıda gənc oğlan iki qonşunu bıçaqlayıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
21 Dekabr , 2016 13:38
Bakıda gənc oğlan iki qonşunu bıçaqlayıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakıda 22 yaşlı oğlan qonşuluqda yaşayan şəxsləri bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi ev 19-un qarşısında qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Gündüz Aslanov binada yaşayan 1999-cu il təvəllüdlü Vüqar Zeynalzadə və 1994-cü il təvəllüdlü Fərid Quliyevlə mübahisə edib. Nəticədə G.Aslanov hər iki şəxsin sinəsinə bıçaqla xəsarətlər yetirib.

V.Zeynalzadə və F.Quliyev ağır yaralanıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, G.Aslanov saxlanılıb.

Qeyd edək ki, V.Zeynalzadə və F.Quliyev eyni ünvanda yaşayırlar. Onlar qonşudur.

Son xəbərlər

Orphus sistemi