Bakıda gənc oğlan özünü asıb

Bakıda gənc oğlan özünü asıb Gənc ruhi əsəb xəstəliyindən əzab çəkib
Hadisə
23 Yanvar , 2018 08:31
Bakıda gənc oğlan özünü asıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonunda intihar hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Əliyev Əmrah Əfqan oğlu yaşadığı evdə özünü iplə asaraq intihar edib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ə.Əliyev ruhi əsəb xəstəliyindən əzab çəkirmiş.

Son xəbərlər

Orphus sistemi