Bakıda gənc oğlan özünü asıb

Bakıda gənc oğlan özünü asıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
13 Fevral , 2017 09:49
Bakıda gənc oğlan özünü asıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda gənc oğlan özünü asaraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Şüvəlan qəsəbəsi 22 saylı evdə yaşayan 1996-cı il təvəllüdlü İlqar Muradov özünü yaşadığı evin həyətində yerləşən dam örtüyünün taxta dirəyindən asaraq intihar edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi