Yuxarı
    Bağlamaq

    Bakıda gənc oğlan özünü asıb, anası onun həyatını xilas edib

    Hadisə Səbail rayonunda qeydə alınıb

    Bakı. 6 dekabr. REPORT.AZ/ Bakıda gənc oğlan intihara cəhd edib.

    "Report"un xəbərinə görə, hadisə Səbail rayonu Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsi ev 22-də qeydə alınıb.

    Belə ki, 1991-ci il təvəllüdlü Xalıqov Elmir Heybət oğlu yaşadığı evin eyvanından özünü iplə asıb. Ancaq anası onun bu əməlini vaxtında aşkarlayaraq dərhal E.Xalıqovu xilas etməyə çalışıb. O, oğlunun ayaqlarından tutaraq saxlayıb və qonşuları köməyə çağırıb.

    E.Xalıqov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi