Bakıda gənc oğlan özünə 14 bıçaq zərbəsi vurub

Bakıda gənc oğlan özünə 14 bıçaq zərbəsi vurub Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
716
9 Mart , 2018 04:18
Bakıda gənc oğlan özünə 14 bıçaq zərbəsi vurub

Bakı. 9 mart. REPORT.AZ/ Yasamal rayonunda 24 yaşlı oğlan intihara cəhd edib.

"Report"un xəbərinə görə, hadisə metronun "Nizami" stansiyasının yaxınlığında baş verib .

1994-cü il təvəllüdlü Məhərrəmov Lətif Zülfü oğlu hələlik məlum olmayan səbəblərdən inthar etmək istəyib. O, küçədə qarın boşluğuna 14 bıçaq zərbəsi vuraraq özünü öldürməyə çalışıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi