Bakı. 29 avqust. REPORT.AZ/ Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, insident Fətəli Xan Xoyski küçəsində yerləşən aptekin qarşısında qeydə alınıb.
Tanımadığı şəxs 1988-ci il təvəllüdlü Ağacanlı Fərid Mirzəbəy oğluna oturduğu yerdən qalxmağı tələb edib. O isə əvəzində söyüş söyüb. Buna cavab olaraq naməlum şəxs bıçaqla onun sağrı nahiyəsinə zərbə vurub.
Yaralı xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.