Bakıda gənc oğlan itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə yanvarın 21-də paytaxtın Qaradağ rayon, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 15B, mənzil 26 ünvanında qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Amid Xankişiyev evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.