Yuxarı
    Bağlamaq

    Bakıda gənc oğlan ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

    Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir​

    Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda gənc oğlan ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

    "Report"un xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

    Belə ki, Hövsan qəsəbəsi, Zeytun sovxozu kimi tanınan ərazidə yerləşən iki mərtəbəli fərdi yaşayış evində yaşayan 23 yaşlı Həsənov Babək Səxavət oğlu ehtiyatsızlıqdan 2-ci mərtəbənin pəncərəsindən yerə yıxılıb.

    Nəticədə onun qabırğa sümükləri sınıb. Ağır xəsarətlər alan B.Həsənov xəstəxanaya yerləşdirilib.

    Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi