Bakıda gənc oğlan bıçaqlanıb

Bakıda gənc oğlan bıçaqlanıb Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır
Hadisə
8 Fevral , 2017 09:37
Bakıda gənc oğlan bıçaqlanıb

Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda gənc oğlan tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 27 yaşlı Məmmədov Elmin Mahir oğlu Pirşağı qəsəbəsində evə gedərkən ona naməlum şəxs qəfildən iki bıçaq zərbəsi vurub. Çoxlu qan itirən E.Məmmədov qonşularının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi