Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakıda gənc oğlan bıçaqlanıb.
"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.
"Yeganə" şadlıq sarayının yaxınlığında 1991-ci il təvəllüdlü İsmayılov Elçin Məmmədcan oğlu mübahisə zəmnində bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.