Yuxarı
    Bağlamaq

    Bakıda gənc oğlan bıçaqlanaraq ağır yaralanıb

    Hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb

    Bakı. 20 aprel. REPORT.AZ/ Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

    "Report"un xəbərinə görə, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Həsən Əli oğlu M.Cəlal Paşayev küçəsi, 96 ünvanında naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi