Bakıda 24 yaşlı gənc ağır xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda baş verib.
Dördüncü mikrorayon ərazisində Cəmil Hüseynov idmanla məşğul olarkən yıxılıb. Nəticədə o, ağır xəsarət alıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. C.Hüseynova kəllə-beyin travması və boyun toxumalarının kəskin əziyi diaqnozu qoyulub.
Ramin Şahbazov