Bakıda gəlinlikləri qəsdən məhv edən şəxsin kimliyi müəyyən edilib, cinayətin sifarişçisi tutulub

Bakıda gəlinlikləri qəsdən məhv edən şəxsin kimliyi müəyyən edilib, cinayətin sifarişçisi tutulub Hadisəni Bakı şəhər sakini Leyla Ağayeva sifariş verib
Hadisə
8 İyul , 2016 12:57
Bakıda gəlinlikləri qəsdən məhv edən şəxsin kimliyi müəyyən edilib, cinayətin sifarişçisi tutulub

Bakı. 8 iyul. REPORT.AZ/ Bakıda gəlinlik paltarlarını qəsdən məhv edən şəxsin kimliyi müəyyən edilib və cinayətin sifarişçisi tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv edən şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib.

Hadisəni sifariş edən Bakı şəhər sakini Leyla Ağayeva da tutulub.

Son xəbərlər

Orphus sistemi