Bakı. 12 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, dekabrın 11-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəminində ov tüfəngindən açdığı atəşlə gəlini Aysel Məmmədovanı qətlə yetirib.
Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində S.Məmmədov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək istintaqa təslim olub.
Hadisəni törədərkən S.Məmmədovun istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi hadisə yerindən götürülüb.
Araşdırma aparılır.