​Bakıda gecə yarısı liftə qalan şəxs xilas edilib

​Bakıda gecə yarısı liftə qalan şəxs xilas edilib Xilasedicilər liftin qapısını açaraq vətəndaşı oradan çıxarıblar
Hadisə
10 Mart , 2015 03:33
​Bakıda gecə yarısı liftə qalan şəxs xilas edilib

Bakı. 10 mart. REPORT.AZ/ Gecə saatlarında Bakının Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə xilasedicilər cəlb olunub.

Onlar liftin qapısını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Son xəbərlər

Orphus sistemi