Bakıda gecə saatlarında iki nəfər bıçaqlanıb

Bakıda gecə saatlarında iki nəfər bıçaqlanıb Hər iki faktla bağlı cinayət işi başlanılıb
Hadisə
19 Yanvar , 2017 09:50
Bakıda gecə saatlarında iki nəfər bıçaqlanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakıda gecə saatlarında iki nəfər bıçaqlanıb.

"Report"un xəbərinə görə, Sabunçu rayonu ərazisində 33 yaşlı Tural Səfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, yaralı vəziyyətdə taksiyə əyləşərək xəstəxanaya gedib. Həkimlər T.Səfərovun vəziyyətini ağır kimi qiymətləndirib. 

Daha bir bıçaqlanma hadisəsi isə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. 35 yaşlı Aruz Abdullayev rayonun Yəhya Hüseynov küçəsində tanışı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və tanışı A.Abdullayevə bir neçə bıçaq zərbəsi vurub. Xəsarət alan A.Abdullayev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı Sabunçu və Binəqədi Rayon Polis idarələrində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi