Bakıda gecə klubunda cinayət törədən şəxsə şərti cəza verilib

Bakıda gecə klubunda cinayət törədən şəxsə şərti cəza verilib Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda cinayət törədən Xanlar Abudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
19 Oktyabr , 2018 11:36
Bakıda gecə klubunda cinayət törədən şəxsə şərti cəza verilib
Report

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda cinayət törədən Xanlar Abudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə barəsində polisin nəzarəti qətimkan tədbiri seçilmiş X.Abudova şərti cəza verilib.

Qeyd edək ki, bu ilin mart ayında Yasamal rayonu, İzmir küçəsində yerləşən "Solfeggio Lounge & Club"da əlbəyaxa dava zamanı bir nəfər xəsarət alıb.

Belə ki, gecə saatlarında 1991-ci il təvəllüdlü Rəhimov Tərlan Aydın oğlu naməlum şəxslərlə əlbəyaxa dava edib. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi endirib. Yaralı təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, T. Rəhimovu X.Abudov adlı şəxs bıçaqlayıb.

İstintaq araşdırmaları zamanı məlum olub ki, onlar arasında çoxdan şəxsi ədavət olub. Ancaq uzun müddət bir-birini görməyən gənclər təsadüfən gecə klubunda rastlaşıblar. Aralarındakı ədavəti çözə bilməyən gənclərin əlbəyaxa davası qanla nəticələnib.

Daha sonra hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan X.Abudovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi