Bakıda gecə klubuna gedən 35 yaşlı şəxsi mühafizəçi döydü

Bakıda gecə klubuna gedən 35 yaşlı şəxsi mühafizəçi döydü Bakıda döyülmə hadisəsi baş verib.
Hadisə
15 Fevral , 2020 04:00
Bakıda gecə klubuna gedən 35 yaşlı şəxsi mühafizəçi döydü

Bakıda döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda yerləşən "Eniqma" gecə klubunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Vəliyev Gülverdi Rafael oğlu döyülüb.

Xəsarət alanın yaxınlarının sözlərinə görə, gecə klubunun mühafizəçisi ilə Vəliyev Gülverdi arasında mübahisə yaranıb, nəticədə 35 yaşlı şəxs döyülərək bədən xəsarətləri alıb.  

O, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi