Bakıda futbol məktəbində baş verən yanğın söndürülüb - FOTOREPORTAJ - VİDEO - YENİLƏNİB-3

Bakıda futbol məktəbində baş verən yanğın söndürülüb - FOTOREPORTAJ - VİDEO - YENİLƏNİB-3 Bakı. 2 mart. REPORT.AZ/ Foto və video əlavə olunub
Hadisə
2 Mart , 2019 12:46
Bakıda futbol məktəbində baş verən yanğın söndürülüb - FOTOREPORTAJ - VİDEO - YENİLƏNİB-3
Report/Firi Salm

Bakı. 2 mart. REPORT.AZ/ Foto və video əlavə olunub


*** 10:14

"Vətən" futbol məktəbində baş verən yanğın söndürülüb. 

"Report" xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. 


*** 09:49

Bakıda "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində yanğın başlayıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Foto: Firi Salim

Video: Rəşad Tuncay


Son xəbərlər

Orphus sistemi