Bakıda fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub

Bakıda fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir
Hadisə
18 Oktyabr , 2016 15:29
Bakıda fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakıda fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyi (FHN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunubr. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. 

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi