Bakıda fərdi yaşayış evində yanğın olub - FOTO - VİDEO

Bakıda fərdi yaşayış evində yanğın olub - FOTO - VİDEO Bakı. 1 may. REPORT.AZ/ Bakı şəhərində fərdi yaşayış evində yanğın baş verib.
Hadisə
1 May , 2018 14:28
Bakıda fərdi yaşayış evində yanğın olub - FOTO - VİDEO
Report

Bakı. 1 may. REPORT.AZ/ Bakı şəhərində fərdi yaşayış evində yanğın baş verib. 

"Report"un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda, Mirəli Qasımov ilə İmran Qasımov küçəsinin kəsişməsində qeydə alınıb. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi rayonu yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. 

Yanğın söndürülüb və alovun digər evlərə keçməsinin qarşısı alınıb.

Hadisəyə elektrik xətlərindəki qısaqapanmanın səbəb olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi