Bakıda feminist qadın intihara cəhd etdi

Bakıda feminist qadın intihara cəhd etdi Bakıda qanunsuz aksiya keçirən fəallardan biri Aysel Ələkbərzadə özünü binadan atıb.
Hadisə
10 mart 2020 07:50
Bakıda feminist qadın intihara cəhd etdi
pexels.com
0 : 00
0 : 00

Bakıda qanunsuz aksiya keçirən fəallardan biri Aysel Ələkbərzadə özünü binadan atıb.

"Report" xəbər verir ki, hadisə paytaxtın Yeni Yasamal ərazisində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü A.Ələkbərzadə özünü binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edib.

TƏBİB-dən isə bildirilib ki, aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadının vəziyyəti ağır-sabitdir: "O, sol bud sümüyünün sınığı ilə əməliyyata hazırlanır".

Qeyd edək ki, Bakıda 8 Mart günü feministlərin keçirdiyi qanunsuz aksiya zamanı A.Ələkbərzadə əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid olunub.

Faktla bağlı araşdırma aparılır.

 Aysel Ələkbərzadə
Aysel Ələkbərzadə

Son xəbərlər

Orphus sistemi