Yuxarı

Bakıda fəhlənin üstünə su çəni aşıb

O, xəstəxanaya yerləşdirilib

Bakı. 18 avqust. REPORT.AZ/ Bakıda fəhlənin üstünə su çəni aşıb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən maşınqayırma zavodunda fəhlə işləyən Mingəçevir şəhər sakini Vasif Zülfüqarovun üstünə su çəni aşması nəticəsində o, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi