Yuxarı
    Bağlamaq

    Bakıda fəhləni yüksək gərginlikli elektrik cərəyanı vuraraq yandırıb

    Yaralının həyatını xilas etmək mümkün olmayıb

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    "Report" xəbər verir ki, hadisə 1983-cü il təvəllüdlü Xəlilov Azər İsa oğlu Zabrat qəsəbəsindəki fərdi yaşayış evinin damında təmir işi görən zaman qeydə alınıb.

    A.Xəlilov iş görərkən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə onu cərəyan vurub. Zərərçəkmiş bədənin 70 faizinin termiki yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq o, dünyasını dəyişib.

    Fakt araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi