Bakıda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb

Bakıda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb.
Hadisə
23 Noyabr , 2018 21:54
Bakıda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda binanın fasadında təmir işləri zamanı 1 nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Yolçuyev Nemət İlqar oğlu 5-ci mərtəbədən yıxılaraq piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş taxta konstruksiyanın üzərinə düşərək xəsarət alıb. Xilasetmə tədbirləri nəticəsində N.Yolçuyev taxta konstruksiyadan düşürülüb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Son xəbərlər

Orphus sistemi