Bakıda fəhlə faciəli şəkildə ölüb - FOTO

Bakıda fəhlə faciəli şəkildə ölüb - FOTO Ölən şəxsin şəxsiyyəti hələlik məlum deyil
Hadisə
7 Aprel , 2015 16:01
Bakıda fəhlə faciəli şəkildə ölüb - FOTO

Bakı. 7 aprel. REPORT.AZ/ Bakının Binəqədi rayonunda, "Azadlıq" metro stansiyasının yanındakı parkda tikilməkdə olan obyektdə faciə baş verib.

"Report"un məlumatına görə, 20-25 yaşlı fəhlə tikilməkdə olan binanın dördüncü mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən əraziyə cəlb olunub. Hadisə yerinə baxış keçirilib və meyit morqa göndərilib. Ölənin şəxsiyyəti hələlik məlum deyil.

Qeyd edək ki, bir neçə ay əvvəl həmin obyektdə qaz sızması nəticəsində partlayış baş vermişdi. 

Son xəbərlər

Orphus sistemi