Bakıda fəhlə binadan yıxılaraq ölüb

Bakıda fəhlə binadan yıxılaraq ölüb Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
130
10 Noyabr , 2016 10:00
Bakıda fəhlə binadan yıxılaraq ölüb

Bakı.10 noyabr. REPORT.AZ/ Bakıda ikinci mərtbədən yerə yıxılan 67 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində baş verib.

Orada tikinti aparılan binada fəhlə kimi çalışan 1949-cu il təvəllüdlü Əkbərov Tariyel Bəhrəm oğlu ehtiyatsızlıqdan ikinci mərtəbədən yerə yıxılıb. Ağır xəsarət alan T.Əkbərov xəstəxanaya çatdırılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi