Bakıda fəhlə başından küt alətlə vurulub, vəziyyəti ağırdır

Bakıda fəhlə başından küt alətlə vurulub, vəziyyəti ağırdır Bakıda 32 yaşlı şəxs yol kənarında huşsuz vəziyyətdə tapılıb.
Hadisə
11 yanvar 2020 18:27
Bakıda fəhlə başından küt alətlə vurulub, vəziyyəti ağırdır

Bakıda 32 yaşlı şəxs yol kənarında huşsuz vəziyyətdə tapılıb.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən H.B Zərdabi küçəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri 1988-ci il təvəllüdlü, Cəlilabad sakini Fətullayev Mahir Tahir oğlunu yolun kənarında huşsuz vəziyyətdə aşkar etdikdən sonra təcili tibbi yardıma zəng ediblər.

Yaralı hadisə yerinə gələn təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin müayinəsi zamanı ona, sol qulağının kəsilmiş yarası və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Xəstəxanadan faktla bağlı polisə məlumat verilib.

Qohumlarının bildirdiyinə görə, onun baş nahiyəsinə küt alətlə xəsarət yetirilib.

Qeyd edək ki, Fətullayev Mahir daş karxanalarının birində fəhlə işləyir. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi