"İdeal inşaat" MTK-da çalışan fəhlə 10-cu mərtəbədən yıxılaraq ölüb

"İdeal inşaat" MTK-da çalışan fəhlə 10-cu mərtəbədən yıxılaraq ölüb Hadisə Xətai rayonunda baş verib
Hadisə
30 İyul , 2015 13:15
İdeal inşaat MTK-da çalışan fəhlə 10-cu mərtəbədən yıxılaraq ölüb

Bakı. 30 iyul. REPORT.AZ/ Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xətai rayonu ərazisində inşa edilən binanın 10-cu mərtəbəsindən, orada işləyən Bakı şəhər sakini Mirhəmid Mehdiyev ehtiyatsızlıq nəticəsində yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə "İdeal inşaat" MTK-ya məxsus binasda baş verib.

Son xəbərlər

Orphus sistemi