Bakıda F-1 əl qumbarası aşkarlandı - FOTO

Bakıda F-1 əl qumbarası aşkarlandı - FOTO Daxili İşlər Nazirliyinin ″102″ Xidməti zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Binəqədi rayonu, İsfəhani küçəsi döngə 3 ünvanında 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Hadisə
19 İyun , 2020 02:17
Bakıda F-1 əl qumbarası aşkarlandı - FOTO

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Binəqədi rayonu, İsfəhani küçəsi döngə 3 ünvanında 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub. 

ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi Rayon Polis İdarəsinin və Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. 

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. 

Son xəbərlər

Orphus sistemi