Bakıda eyni ünvanda yaşayan uşaq və yeniyetmə itkin düşüb

Bakıda eyni ünvanda yaşayan uşaq və yeniyetmə itkin düşüb Bakıda uşaq və yeniyetmə itkin düşüb.
Hadisə
4 Dekabr , 2019 11:17
Bakıda eyni ünvanda yaşayan uşaq və yeniyetmə itkin düşüb

Bakıda uşaq və yeniyetmə itkin düşüb.

“Report”un xəbərinə görə, hər iki hadisə dekabrın 1-də paytaxtın Sabunçu rayon ərazisindəki eyni ünvanda baş verib.

Belə ki, 2006-cı il təvəllüdlü Sabina Tereşko saat 20 radələrində yaşadığı Sabunçu qəsəbəsi, Qasımov küçəsi, ev 14, mənzil 12-dən çıxıb və bir daha geri qayıtmayıb.

Bundan başqa, S.Tereşko ilə eyni ünvanda yaşayan, 2009-cu il təvəllüdlü Maksim Kraşennikov eyni saatda evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra onların anaları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi