Bakıda eyni ünvanda yaşayan kişi və qadın 3-cü mərtəbədən yerə yıxılıb

Bakıda eyni ünvanda yaşayan kişi və qadın 3-cü mərtəbədən yerə yıxılıb Hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb
Hadisə
29 Aprel , 2017 07:59
Bakıda eyni ünvanda yaşayan kişi və qadın 3-cü mərtəbədən yerə yıxılıb

Bakı. 29 aprel. REPORT.AZ/ Bakının Suraxanı rayonunda ardarda iki bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, eyni ünvanda yaşayan kişi və qadın binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq xəsarət alıb.

Hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Əvvəlcə qəsəbənin ev 7A ünvanında yaşayan 1972-ci il təvəllüdlü Hüseynova Nəzakət, ardınca isə 1982-ci il təvəllüdlü Rzayev Teymur Vaqif oğlu 3-cü mərtəbənin eyvanından yerə yıxılıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi