Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbərinin məhkəməsi başlayıb

Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbərinin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
2 May , 2019 11:09
Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbərinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqil Qədirov Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 8-nə təyin edilib.

Qeyd edək ki, "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirli bilinir.

İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

Cinayət işində 33 zərərçəkmiş var.

Son xəbərlər

Orphus sistemi