Bakıda əyləncə mərkəzində 23 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub

Bakıda əyləncə mərkəzində 23 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə iclası başa çatıb
Hadisə
9 Avqust , 2017 15:35
Bakıda əyləncə mərkəzində 23 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 9 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirlən Aydın Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Bakının Xətai rayonunda yerləşən "Luna Park" əyləncə mərkəzində baş verib. "Luna Park"da oturacaqlardan birinə əyləşən 1994-cü il təvəllüdlü Seyfullayev Raul Mehman oğluna tanımadığı şəxs yaxınlaşıb və aralarında mübahisə yaranıb. Nəticədə həmin şəxs R.Seyfullayevə iki bıçaq zərbəsi vurub və ərazidən qaçaraq uzaqlaşıb.

R.Seyfullayev "Təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən A.Əsgərovu tutub.

O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) mnaddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi