Yuxarı
    Bağlamaq

    Bakıda əvvəllər məhkum olunmuş şəxs marşrutda oğurluq edərkən saxlanılıb

    Onun üzərinə baxış zamanı 0,766 qram heroin də aşkar edilərək götürülüb

    Bakı. 25 may. REPORT.AZ/ Bakıda marşrutda oğurluğa cəhd edən şəxs saxlanılıb.  

    DİN-dən "Report"a verilən məlumata görə, mayın 24-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində hərəkətdə olan 107 saylı xətt avtobusunda Sultan Tağıyev cibindən pulunun çıxarılmasından duyuq düşür. Sərnişinlərdən biri yaranmış sıxlıqdan istifadə edərək onun cibindən 587 manatını oğurlayıb, lakin səs-küy yarandığından həmin pulu yerə atmağa məcbur olub.

    Digər sərnişinlərin köməyi ilə saxlanılan həmin şəxs barəsində qanuni ölçü götürülməsi üçün avtobusdan düşürülərək dayanacağın yaxınlığındakı Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına təhvil verilib.

    Şübhəli şəxs qismində 15-ci Polis Bölməsinə gətirilənin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fəhrəddin Məlikov olduğu müəyyən edilib. Onun üzərinə baxış zamanı 0,766 qram heroin də aşkar edilərək götürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi