Bakıda əvvəllər məhkum olunan şəxsin üzərindən silah tapılıb

Bakıda əvvəllər məhkum olunan şəxsin üzərindən silah tapılıb Mikayıl Məlikovdan 4 ədəd patronu ilə birlikdə 1 ədəd "Naqan" sistemli revalver silahı aşkar edilərək götürülüb
Hadisə
18 Yanvar , 2016 14:01
Bakıda əvvəllər məhkum olunan şəxsin üzərindən silah tapılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda əvvəllər məhkum olunan şəxsin üzərindən silah aşkar edilərək götürülüb. "Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb. 

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1962-ci il təvəllüdlü Mikayıl Məlikovdan 4 ədəd patronu ilə birlikdə 1 ədəd "Naqan" sistemli revalver silahı aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi