Bakı. 30 noyabr. REPORT.AZ/ Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Astan Əzizov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
"Report"un xəbərinə görə, Bakı
Şikayət hakim Rizvan Səfərovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.
İttiham aktına əsasən, A.Əzizov tanışı olan Sevda Əliyevanı (ad və soyad şərti) şantaj edərək 4 min dollar pul tələb edib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum olunub.