Bakıda evli qadını fotoları ilə hədələyərək pul alan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda evli qadını fotoları ilə hədələyərək pul alan şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası dekabrın 19-na təyin edilib
Hadisə
13 Dekabr , 2018 10:03
Bakıda evli qadını fotoları ilə hədələyərək pul alan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Astan Əzizov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 19-na təyin edilib.

İttiham aktına əsasən, A.Əzizov tanışı olan Sevda Əliyevanı (ad və soyad şərti) şantaj edərək 4 min dollar pul tələb edib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi