Bakıda evlərində kirayədə qalan şəxsi bıçaqlamaqda təqsirləndirilən gəncə hökm oxunub

Bakıda evlərində kirayədə qalan şəxsi bıçaqlamaqda təqsirləndirilən gəncə hökm oxunub Röyal Niftəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
15 Sentyabr , 2017 16:22
Bakıda evlərində kirayədə qalan şəxsi bıçaqlamaqda təqsirləndirilən gəncə hökm oxunub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Röyal Niftəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Niftəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi Bakı şəhərində baş verib. R.Niftəliyev evlərində kirayədə qalan şəxsi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

R.Niftəliyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi