Bakıda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Bakıda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb Xətai rayon ərazisindəki 2 evdən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs saxlanılıb.
Hadisə
14 Dekabr , 2019 12:43
Bakıda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Xətai rayon ərazisindəki 2 evdən qızıl-zinət əşyaları və pul oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-ci Polis Bölməsinin əməkdaşları daxil olmuş müraciətlər əsasında əməliyyat keçirib.

Əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki 2 evdən, ümumilikdə, 13 720 manat dəyərində qızıl-zinət əşyaları, 100 ABŞ dolları və 200 rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Namazov saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi