Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub
Hadisə
12 İyun , 2017 14:49
Bakıda evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 12 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində evlərdən oğurluq etməkdə təqsirləndirilən İlqar Müslümlü və Nemət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib. İ.Müslümlü isə 2 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, təqdirləndirilən şəxslər Bakıda bir neçə mənzildən oğurluq edib, avtomobil qaçırdıblar.

N.Məmmədov Cinayət Məcəlləsinin 177-ci (oğurluq), İ.Müslümlü isə 177-ci (oğurluq), 180-ci (quldurluq) və 185-ci (talama məqsədi ilə avtomobil ələ keçirmə) maddələri ilə təqdirli ittiham olunublar.

Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslərlə barışıq əldə edilib, dəymiş zərər ödənilib.

İ.Müslümlü barəsində həbs qətimkan tədbiri seçilib, N.Məmmədov barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi