Bakıda evlərdən oğurluq edən şəxs tutulub

Bakıda evlərdən oğurluq edən şəxs tutulub Bakıda evlərdən oğurluq edən şəxs tutulub.
Hadisə
23 Yanvar , 2020 10:44
Bakıda evlərdən oğurluq edən şəxs tutulub

Bakıda evlərdən oğurluq edən şəxs tutulub.

“Report”un xəbərinə görə, hadisə yanvarın 17-si və 18-də, Suraxanı rayonu, Bahar qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı şəhər sakini Sadiq Tağıyevə məxsus evdən qaynaq aparatı, 26 ədəd məişət avadanlıqları və təmir alətləri, Əflatun Paşayevə məxsus yarımtikilidən isə materiallar oğurlanıb.

Daha sonra hər iki şəxs bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini, 1986-ci il təvəllüdlü, Rafət Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi