Bakıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanıldı

Bakıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanıldı Bakının Nəsimi rayonu ərazisindəki 2 evdən oğurluq olub.
Hadisə
5 mart 2020 09:11
Bakıda evlərdən oğurluq edən keçmiş məhkum saxlanıldı

Bakının Nəsimi rayonu ərazisindəki 2 evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 400 manat və 1 500 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Mikayılov saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi