Bakıda evlərdən 9 min manatlıq oğurluq edildi

Bakıda evlərdən 9 min manatlıq oğurluq edildi Bakıda evlərdən oğurluq edən şəxslər tutulub
Hadisə
3 May , 2021 12:58
Bakıda evlərdən 9 min manatlıq oğurluq edildi
0 : 00
0 : 00

Bakıda evlərdən oğurluq edən şəxslər tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mayılov saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 5-ci PB və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisindəki evlərin birindən 5 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini Ə.Ələkbərov müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi