Bakıda evinin həyatyanı sahəsində çətənə kolu əkən şəxs məhkəmə zalında həbs edilib

Bakıda evinin həyatyanı sahəsində çətənə kolu əkən şəxs məhkəmə zalında həbs edilib Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub
Hadisə
1 May , 2017 11:28
Bakıda evinin həyatyanı sahəsində çətənə kolu əkən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 1 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirləndirilən Heydər Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Piriyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, H.Piriyev ötən il sentyabrın 9-da Xəzər rayonu, Qala qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. O, evinin həyatyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib. Əməliyyat zamanı 25 ədəd çətənə kolu olan bitki götürülüb. 

İstintaq dövründə H.Piriyevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməyib.

H.Piriyev Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi