Yuxarı

Bakıda evin zirzəmisindən 30 min dollarlıq inşaat materialları oğurlanıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 12 fevral. REPORT.AZ/ Bakıda evin zirzəmisindən 30 min dollarlıq avadanlıq və inşaat materialları oğurlanıb. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nərimanov Rayon Polis İdarsənin 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da Bakı şəhər sakini Rəşad Kərimova məxsus evin zirzəmisindən 30 min ABŞ dolları dəyərində avadanlıq və inşaat materialları oğurlayan paytaxt sakini Elşad Kərimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi