Bakıda evin talandıqdan sonra yandırılması ilə bağlı cinayət işi başlanılıb

Bakıda evin talandıqdan sonra yandırılması ilə bağlı cinayət işi başlanılıb “Binəqədi rayonu, Əliheydər Qarayev küçəsində yaşayış evinin talandıqdan sonra yandırılması ilə bağlı iddialar araşdırılır”.
Hadisə
8 Yanvar , 2020 13:28
Bakıda evin talandıqdan sonra yandırılması ilə bağlı cinayət işi başlanılıb

“Binəqədi rayonu, Əliheydər Qarayev küçəsində yaşayış evinin talandıqdan sonra yandırılması ilə bağlı iddialar araşdırılır”.

Bu barədə "Report"a Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

E.Hacıyev vurğulayıb ki, cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin etmək məqsədilə iş Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin nəzarətindədir: “Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Son xəbərlər

Orphus sistemi